Aİ Azərbaycanda daha 2 şəhərdə “yaşıl texnologiyalar” layihəsini reallaşdırmağı planlaşdırır

Şəki. Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda “yaşıl texnologiyalar”ın yaradılması üzrə layihəni genişləndirməyi planlaşdırır.

Bunu AzerTimes-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Bojkov deyib.

Onun sözlərinə görə, hazırda Aİ Gəncə şəhərində nəqliyyatda, mənzil tikintisi sahəsində “yaşıl texnologiyalar”ın yaradılması üzrə pilot layihə reallaşdırır:

“İndi bu sahədə bizim bir layihəmiz var, amma ən azı daha beş şəhərdə, o cümlədən Mingəçevir və Sumqayıtda bu cür layihəni reallaşdırmağı planlaşdırırıq”.


Digər layihələr barədə danışarkən V.Bojkov deyib ki, hazırda Aİ Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması sahəsində əlaqələrin möhkəmləndirilməsi üzrə işlər aparır.

(Tərcümə: Orxan Nəbiyev)