Aİ Azərbaycanda 25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək – Peter Mixalko

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün cəlbedici biznes
tərəfdaşıdır.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko
Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın sahibkarlığın inkişafı üzrə
səylərini yüksək qiymətləndirir.

Səfir qeyd edib ki, Aİ biznesə yardım çərçivəsində Azərbaycanda
25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək.

O əlavə edib ki, Azərbaycan həm də Aİ-nin başlıca enerji
tərəfdaşlarından biridir və bu sektorda “Cənub Qaz Dəhlizi” böyük
rol oynayır. Alternativ enerji sahəsində layihələrin inkişafı da
böyük potensiala malikdir.

“Ötən ildən bəri Aİ ilə Azərbaycan arasında əlaqələr daha da
möhkəmlənib ki, bunun da bariz nümunəsi Şarl Mişelin, Oliver
Varhelinin Bakıya səfərləri və əlbəttə, Prezident İlham Əliyevin
ötən ilin dekabrında Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində
iştirak etməsidir”, – deyə P.Mixalko bildirib.

(Tərcümə: Orxan Nəbiyev)