Aİ – Azərbaycan əməkdaşlığın mühüm bir istiqaməti də nəqliyyat və kommunikasiyadır – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın mühüm bir istiqaməti də nəqliyyat və kommunikasiyadır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15,2 milyard dollar olub.

“Bu artım, əsasən, qazın qiymətinin qalxması ilə bağlı olub. Azərbaycan Aİ və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində bir körpü rolunu oynaya bilər”, – deyə nazir qeyd edib.

Teqlər: