Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının
(BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti
Səttar Möhbalıyevin PARŞ-nin və Avropa Həmkarlar İttifaqları
Konfederasiyasının Baş katibi Luka Visentini ilə onlayın görüşü
keçirilib.
Görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən
işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatların
qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.
S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş
planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan
layihələr, həmçinin görülmüş işlər barədə danışıb.
L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək
qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.