Ağsuda peyvənd olunanlar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb

Xəbər - Samir Əli – Trend:

Ağsu rayonu üzrə COVİD-19 infeksiyasına qarşı vaksin olunanlar arasında bu xəstəliyə yoluxan olmayıb.

Bunu AzerTimes-a açıqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib.

O bildirib ki, peyvəndi qəbul edən vətəndaşlar arasında vəziyyət stabildir: “Nə birinci, nə də ikinci dozanı qəbul edənlər sırasında bu infeksiyaya yoluxan olub. Rayon üzrə 23 min nəfər peyvənd olunanlardan heç birinin nə halı pisləşib, nə də koronavirusa yoluxub. Bu, bir daha təsdiq edir ki, koronavirusa qarşı peyvənd vacibdir, insanların bu xəstəlikdən qurtulması üçün ən etibarlı üsuldur. Artıq insanlar bunu görür və peyvənd olunması üçün müraciətlər edirlər. Vaksinasiya ilə bağlı müraciət edənlərin sayı hər gün artmaqdadır”.

Teqlər: