Ağstafada minik avtomobili divara çırpılaraq alışıb

Ağstafa rayonunun Vurğun qəsəbəsində “VAZ” markalı minik avtomobili divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: