Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Ağstafa və Tovuz parklarında ziyanvericilər aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən Ağstafa və Tovuz rayonlarının ərazisində yerləşən parklarda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcalara, müxtəlif yaş mərhələlərində olan mənənələrə, yarpaqyeyən sovkalara, yarpaq bitlərinə, bağacıqlara, eyni zamanda, qızılgül bitkisinin və cökə ağacının yarpaqlarında göbələk xəstəliyinə (qara ləkə, unlu şeh) zəif sirayətlənmə aşkar olunub.

Bununla bağlı olaraq müvafiq qurumlar məlumatlandırılmış, aparılan mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri həyata keçirilmiş və digər zəruri tədbirlər görülmüşdür.


Twitter:@cingizsafarli

Teqlər: