Ağstafa-Bakı sürət qatarının hərəkəti bərpa olundu

Ağstafa-Bakı sürət qatarının hərəkəti bərpa olundu

20:34

Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.

Teqlər: