Ağrıda meşə yanğını başladı

Ağrıda meşə yanğını başladı

Türkiyənin Ağrı vilayətində meşəlik ərazidə yanğın başlayıb.

AzerTimes xəbər verir ki, hadisə Eleşkirt rayonunda qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Qeyd edilir ki, Yanıkdərə kəndi yaxınlığındakı otluq ərazidə başlayan yanğın ətrafdakı meşəliyə də keçib.

Bunu görən kənd sakinləri hadisə barədə müvafiq qurumlara xəbər veriblər.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.

Teqlər: