Ağlı başında olan nüvə müharibəsini qəbul etməz – Putin

Ağlı başında olan nüvə müharibəsini qəbul etməz – Putin

Ağlı başında olan heç bir insan nüvə dövlətləri arasında müharibə ehtimalını qəbul etməməlidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib.

“Böyük nüvə gücləri arasında müharibədən danışırıqsa, bu, tamamilə fərqli bir hekayədir. Ağlı başında olan insanlarına ağlına belə fikir gəlməməlidir. Əgər gəlirsə, bu bizi ehtiyatlı olmağa məcbur edir. Əgər söhbət həm Rusiya, həm də Çinlə müharibə ehtimalından gedirsə. Əlbəttə ki, cəfəngiyatdır. Bütün bunların ciddi olduğunu düşünmürəm. Məncə, bir-birlərini qorxudurlar”, – Putin bildirib.

Teqlər: