Ağır qəza keçirən Zakirin yardıma ehtiyacı var – Foto

Ağır qəza keçirən Zakirin yardıma ehtiyacı var – Foto

Martın 3-də Mingəçevirdə yol qəzası keçirən Zakir Həsənzadənin vəziyyəti ağırdır. Onun həyati təhlükəni atlatması üçün maddi yardıma ehtiyacı var.

AzerTimes xəbər verir ki, bu barədə onun atası məlumat verib:

“Üzülərək oğlumun 03.03.23 tarixində ağır bir yol qəzası keçirdiyini bildirmək istəyirəm. Qəza nəticəsində oğlum Zakir Həsənzadə beyninə qan sızması ilə Mingəçevirdə özəl bir xəstəxanada beyin əməliyyatı keçirib. 4 gün burada qaldıqdan sonra vəziyyəti pisləşib və “Baku Medical Plaza”ya təcili tibbi yardım maşını ilə gətirilib. Burada beyindəki problemdən əlavə sepsis (qan zəhərlənməsi) aşkarlanıb. Artıq 8 gündür Allahın izni, həkimlərin səyi nəticəsində həyatdadır. 12 gün ərzində bu gün ilk dəfə Allaha şükürlər olsun ki, həkim ümid verdi, amma aylarca prosesin uzanacağını bildirdi. Böyük məbləğdə pul xərclənməsinə baxmayaraq, həyati təhlükəsini atlatması üçün pula ehtiyacımız var. Həkimin dediyinə görə, sağalmasına və müalicəsinə 120000 pul lazımdır. Maşınımı və əşyalarımızı da satışa qoysam da, bu miqdarı ödəmir. Bunu oxuyan xeyirsevər insanlardan Allahın rizası üçün aşağıda qeyd olunan hesab nömrəsinə imkanları çatan qədər dəstək olmalarını xahiş edirəm. Allah hamıdan razı olsun”.

Hesab nömrəsi: 4169 7388 5980 7020

Kapital Bank: Kərim Həsənov

Teqlər: