Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
Trend AGF-yə istinadla xəbər verir ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq ölkə təmsilçimiz FIG-nin sözügedən komitəsinə üzv seçilir.
Texniki Komitəyə seçkilər FIG-in Türkiyənin Antalya şəhərində təşkil edilmiş 83-cü Konqresi çərçivəsində baş tutub.
Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.
N.Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.