Agentlikdən Natiq Mehdi qətli ilə bağlı açıqlama

Agentlikdən Natiq Mehdi qətli ilə bağlı açıqlama

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktor müavininin məktəbin mühafizəçisini öldürməsi məsələsinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında həmin şəxsin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmadığını bildirib.

“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, – E.Bağırov əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyasının fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

Teqlər: