Agentlik yeraltı qaz xəttinə hava vurulması ilə bağlı videoya aydınlıq gətirib

Xəbər - Fərid Zöhrabov – Trend:

Ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran dəqiqləşdirilməmiş video paylaşılıb.

Rəsmi olaraq bildiririk ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib.

Vətəndaşlardan xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş məlumatlara inanmasınlar.


Bildirmək istəyirik ki, cəmiyyət arasında çaşqınlıq yaradan qərəzli və böhtan xarakterli məlumatların paylaşılması yolverilməzdir. Bu cür fəaliyyət qanuna ziddir və hüquqi məsuliyyət doğurur.

Teqlər: