Döyüş əməliyyatlarında iştirak edən hərbçilərin maaşının ikiqat hesablanması təklif olunur

Xəbər - Elçin Mehdiyev – Trend:

Döyüş şəraitində yerləşən və döyüş əməliyyatlarında (fəaliyyətində) iştirak edən hərbi hissələrdə (bölmələrdə), habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən və bu hərbi hissələrə (bölmələrə) ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin ikiqat hesablanması təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu” haqqında yeni qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Qanun layihəsində həmçinin hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 3 qat hesablanması da təklif edilir.

Bununla yanaşı qanuna təklifdə cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavənin 1,5 qat hesablanması təklif edilir.

Teqlər: