Ağdərənin ləğvini yanlış hesab edirəm

Ağdərənin ləğvini yanlış hesab edirəm

1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab edirəm.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, döyüşməsə də, Ağdərə 1992-ci ildə azad olunanda Ağdərədə olub.

Deputat əlavə edib ki, o vaxt Ağdərəni səristəsizlikdən ləğv etdilər:

“Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 Ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərəyə öz yeri şirindir. O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. O vaxt Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi. Mən də deyirdim ki, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ərazilər azad olunmasaydı, bu gün bu məsələyə baxa bilməzdik:

“Bu məsələdə Prezident İlham Əliyevin rolu bir daha vurğulanmalıdır və siz də bunu vurğuladınız”.

Teqlər: