Ağdaşda maşın 5 yaşlı uşağı vurub öldürdü

Ağdaşda maşın 5 yaşlı uşağı vurub öldürdü

Ağdaşda yolu keçən 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə aprelin 9-da saat Ağdaş şəhəri ərazisində baş verib.

Belə ki, sürücü Tural Muradov idarə etdiyi VAZ-21011 markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.

5 yaşlı uşaq aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Teqlər: