Ağdaşda ağır qəza: ölənlər var

Ağdaşda ağır qəza: ölənlər var

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər.

Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.

Teqlər: