Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər
nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə
edərək qəza törədən şəxs həbs olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov sürücülük
hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər
ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində
xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib. Polis
əməkdaşlarının keçirdiyi tədbirlərlə N.Qurbanovun olduğu yer
müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik
vasitə qəbul etdiyi məlum olub.
N.Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon
məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati
qaydada həbs edilib.