Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə
Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və
pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu
Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər
alıb.
Bu barədə AzerTimes-a FHN Mətbuat xidmətindən məlumat verilib.
Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi
tibbi yardım göstərilir.