Ağdam. Trend:
Ağdamda tövlənin dirəklərinin aşması nəticəsində 47 yaşlı kişi
xəsarət alıb.
AzerTimes-ın yerli bürosunun
məlumatına görə, hadisə rayonun Orta Qərvənd kəndində olub.
Güclü külək tövlənin beton dirəklərini Şaiq Məmişovun üzərinə
aşırıb. O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Güclü külək rayonda digər fəsadlar da törədib. Dəymiş ziyanın
həcmi araşdırılır.