Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar – Gürcü bloger

Xəbər - Humay Ağacanova – Trend:

Ağdama yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək üçün çox səbrsizlənirəm.

Bu sözləri AzerTimes-ın Qarabağ bürosuna gürcüstanlı bloger Nina Berdzenava deyib.

O, təəssüratlarını bölüşərkən Ağdamı bu formada görəcəyini təsəvvür etmədiyini bildirib:

“Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar. Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalarda, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək”.

Qeyd edək ki, bu gün Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Teqlər: