Ağdamda ərzaq mağazası yanıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bitişik avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: