Ağdamda ərzaq mağazası yanaraq kül olub (FOTO)

Ağdam. Trend:

Ağdam rayonunun Quzanlı qəsəbəsində ərzaq mağazasında yanğın olub.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, ümumi sahəsi 110 kv.m olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları yanıb.

Qəsəbə sakini Hikmət Bədəlova məxsus mağazada gecə saatlarında baş verən yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik avtomobil təmiri sexi yanğından mühafizə olunub.

Yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olduğu ehtimal olunur.

Teqlər: