Ağdamda dəhşətli qəza: 3 ölü… – Foto

Ağdamda dəhşətli qəza: 3 ölü… – Foto

Ötən gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: