Ağdam sənaye parkına nə qədər vəsait yatırılacaq?

Ağdam sənaye parkına nə qədər vəsait yatırılacaq?

Ağdam sənaye parkına 176 milyon manat investisiya yatırılacaq.

AzerTimes Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, sözügedən vəsait 19 rezident və 6 qeyri-rezident tərəfindən ayrılacaq.

Eyni zamanda, Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında bütünlükdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur.

Teqlər: