Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı
dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun
Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində
mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə
tutulub.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan
Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən
adekvat cavab tədbirləri görülüb.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin
komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat
verilib.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.