Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib.
O da bildirilib ki, Ağdamda şəhərdaxili avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. İnşa edilən şəhərdaxili yollarda öncə su, kanalizasiya, rabitə və qaz xəttləri çəkilir.
Ətraflı süjetdə: