Ağcabədidə evdə kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində
1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə bildirilib ki, çağırış ünvanına cəlb olunan
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il
təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə
təhvil veriblər.

Teqlər: