Ağcabədi və Zərdabda fərdi evlər yanıb

Ağcabədi rayonunun Hacıbədəlli kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zərdab rayonunun Nəzəralılı kəndində ümumi sahəsi 260 m² olan birmərtəbəli evin yanar konstruksiyaları (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: