Ağcabədi sakini vətəndaşları aldadıb 300 min manatı ələ keçirdi

Xəbər - Samir Əli – Trend:

Ağcabədi rayonunda 300 000 manat miqdarında dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Araşdırmalarla E.Qədimovun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ələ keçirərək 300 000 manata yaxın pulu mənimsədiyi müəyyən edilib.

E.Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Teqlər: