Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb.
AzerTimes Yenisabah.az-a istinadla xəbər verir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub.
Mərhum doğma kənddə torpağa tapşırılıb.
Allah rəhmət eləsin.