Ağalı sakinləri illər sonra doğma yurdlarında – Foto

Ağalı sakinləri illər sonra doğma yurdlarında – Foto

İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndindən olan 58 nəfərdən ibarət 10 ailə artıq doğma yurduna çatıb.

AzerTimes xəbər verir ki, sakinlər hazırda dövlətin onlar üçün tikdiyi evlərə baxış keçirirlər.

Doğma yurdlarına çatan və onlar üçün tikilən evlərlə tanış olan hər bir Ağalı sakininin üzündə xoşbəxtlik və sevinc hissinini görmək olar. İnsanlar bir-birilərinə sarılaraq bu xoşbəxt anları yaşayırlar.

Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin – 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağalıya köç bu gündən başlayıb. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar seçilib. Onların arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Xatırladaq ki, bu il mayın 27-də Ağalı kəndində “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi olub. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. “Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Teqlər: