Ağalı məktəblilərinin ilk qar sevinci – Foto

Ağalı məktəblilərinin ilk qar sevinci – Foto

İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər ilk qar sevincini yaşayıb.

AzerTimes xəbər verir ki, məktəbin müəllim və şagird heyəti qartopu oynayıblar.

Qeyd edək ki, məktəb 360 şagird tutumuna malikdir.

2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 2022-ci il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Teqlər: