Ağacların dibi asfaltdan təmizlənib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov AzerTimes-a bildirib ki, Xidmətin əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.


Teqlər: