Ağacları zədələyən şəxs cəzalandırılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Nəsimi rayonu, Mir Cəlal küçəsi 46 ünvanında ağacların
zədələnməsi və kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Trend xəbər
verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma
zamanı sözügedən ünvanda yaşayan vətəndaş Xədicə Kərimova
tərəfindən 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə qazıntı
işləri aparılan zaman kök hissədən zədələndiyi müəyyən edilib.
Faktla bağlı X.Kərimova barəsində protokol tərtib olunub.

“Ərazidəki yaşıllıqların mühafizə olunması və ağaclara
aqrotexniki qulluq göstərilməsi məqsədilə Nəsimi Rayon İcra
Hakimiyyətinə, Nəsimi Rayon Bələdiyyəsinə və Bakı şəhər
Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Teqlər: