Ağ Ev Ukrayna üçün Konqresdən 11,7 milyard istəyir

Ağ Ev Ukrayna üçün Konqresdən 11,7 milyard istəyir

ABŞ Prezidenti Co Baydenin administrasiyası Konqresdən Ukraynaya silah və humanitar yardım üçün 11,7 milyard ABŞ dolları istəmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident Bayden ilk növbədə ABŞ-ın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib. Bu vədi yerinə yetirmək və təcili ehtiyacları həll etmək üçün 2023-cü maliyyə ilinin birinci rübündə 11,7 milyard dollar tələb edirik”, – sənəddə deyilir.

Bundan əlavə, Ağ Ev ABŞ-da yanacaq qiymətlərini aşağı salmaq üçün 2 milyard ABŞ dolları istəyib.

Teqlər: