Ağ Ev Baydenin Ukraynaya səfər etmək istədiyini bildirib

ABŞ prezidenti Co Bayden Ukraynaya səfər etmək istərdi, lakin
hazırda belə bir səfər planlaşdırılmır.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen
Psaki bildirib.

“Hazırda heç bir səfər planlaşdırılmır. Amma o yenə də Ukraynaya
getmək istəyirdi”, – deyə C.Psaki qeyd edib.

С.Psaki sual verilib ki, ABŞ-ın birinci xanımı Cil Baydenin
Ukraynaya son səfəri Amerika liderinin də bu ölkəyə səfər edə
biləcəyi anlamına gəlirmi? “Onların səfərləri bir qədər fərqlidir”
– deyə Ağ Evin mətbuat katibi cavab verib.