Ağ Ev Bayden və Putinin təması ilə bağlı proqnoz verib

ABŞ Rusiya ilə yüksək səviyyədə fəal diplomatik işi davam
etdirəcək, lakin ABŞ və Rusiya prezidentləri Cozef Bayden və
Vladimir Putin arasında yeni təmas üzrə hələlik proqnozlar
yoxdur.

AzerTimes-ın məlumaıtna görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki
bildirib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, biz nə Ukraynaya, nə də
başqa ölkəyə hər hansı alyansa qoşulmaq və ya qoşulmamaq üçün
təzyiq etmək fikrində deyilik. Hər bir ölkənin suverenlik və ərazi
bütövlüyü hüququ var və bu, onların seçimidir”, – deyə C.Psaki
əlavə edib.