Aftandil İsrafilovla vida mərasimi keçirilir

Aftandil İsrafilovla vida mərasimi keçirilir

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi keçirilir.

AzerTimes xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti Sadıq Zərbəliyev ustad sənətkarla bağlı xatirələrini bölüşüb: “Böyük bir itkimiz oldu, ikinci Aftandil olmayacaq. Bütün məclislərdə birlikdə olmuşuq. Zeynəb xanım (Zeynəb Xanlarova-red) özü gələ bilməsə də, başsağlığı verdi”.

Teqlər: