Aftandil İsrafilov sabah dəfn olunacaq

Aftandil İsrafilov sabah dəfn olunacaq

Xalq artisti, “Şöhrət” ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

AzerTimes xəbər verir k, bu barədə Report-a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq: “Dəfn yerini isə hələ dəqiqləşdirməmişik”.

Mədəniyyət Nazirliyindən isə qeyd edilib ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində keçiriləcək. Mərhum sabah saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Teqlər: