Afrikaya koronavirusa qarşı peyvənd istehsalı üçün texnologiyalar ötürüləcək

Cənubi Afrikada ilk digərləri arasında koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün istifadə edilə bilən texnologiyalarının ötürülmə mərkəzi yaradılacaq.

Trend Tass-a istinadən xəbər verir ki, bu barədə Cənubi-Afrika Respublikasının prezidenti Siril Ramaposa bildirib.


“Bu, Afrika qarşısında tibb və sağlamlıq sahəsində inqilabi texnologiyaya yol açan tarixi bir addımdır. Mərkəzin hesabına Afrika ölkələri qitə xalqlarının sağlamlığı məsuliyyətini öz üzərlərinə götürəcəklər”, – ölkə prezidenti deyib.

Teqlər: