ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq

Xəbər - Trend:

Amerika hərbi kontingenti vaxtında Əfqanıstandan çıxarılacaq və bu ölkədəki mövcud vəziyyət plana təsir göstərməyəcək.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

O, Əfqanıstandakı daim dəyişən vəziyyətin fonunda ABŞ ordusunun çıxarılmaıs planlarında dəyişikliklər barədə verilən suala cavab olaraq bildirib: “İki şey dəyişməz olaraq qalır. Birincisi, diplomatik protokollara riayət etmək üçün qalan birliklərdən başqa bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını başa çatdıracağıq. İkincisi, bu, [ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması] sentyabr ayının əvvəlində ediləcək”.