Afrikada koronavirusdan ölənlərin sayı 250 mini ötüb

Afrikada koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə
Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, aprelin 3-ü üçün Afrikada koronavirusa 11 343
461 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 251
297 nəfəri vəfat edib, 10 697 502 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika
Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Liviyadaqeydə
alınıb.