Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb

Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, aprelin 18-i üçün Afrikada koronavirusa 5 255 354 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 138 749 nəfəri vəfat edib, 4 658 095 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Efiopiyada və Misirdə qeydə alınıb.