Afrika pandemiyanın kəskin fazasını geridə qoyur – ÜST

Afrika ölkələri koronavirus pandemiyasının kəskin fazasını geridə qoyurlar və hazırda pandemiyaya nəzarət mərhələsinə keçirlər.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Nümayəndəliyinin rəhbəri Matşidiso Moeti deyib.

“COVID-19 hələ uzun müddətdə qitədə müşahidə ediləcək, lakin tunelin sonunda artıq işıq görünür. Bu il biz pandemiyanın kəskin fazasına son qoya və vəziyyətə nəzarəti bərpa edə bilərik. Afrika pandemiyadan COVID-19-un mövcud vasitələrlə idarə olunacağı bir vəziyyətə keçir”, – deyə M.Moeti bildirib.

Qeyd edək ki, ÜST-nin məlumatların əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 11 milyondan artıq yoluxma qeydə alınıb.