Afrika Millətlər Kubokunun ilk finalçısı müəyyənləşib

Fevralın 2-də futbol üzrə Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinə start verilib.

Trend xəbər verir ki, mərhələnin ilk oyununda Seneqal millisi Burkino-Faso yığması ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş Seneqal millisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 3:1.

Oyunda hesab 70-ci dəqiqədə açılıb. “Paris Sen-Jermen” klubunda çıxış edən Abdu Diallo fərqlənib. Qoldan altı dəqiqə sonra Seneqal millisi ikinci dəfə fərqlənməyə nail olub. İdrissa Geye komandasının vacib qoluna imza atıb. Qarşılaşmanın 82-ci dəqiqəsində Burkino-Faso yığması qollardan birinin əvəzini çıxıb. İbrahim Blati adını tabloya yazdırıb.


Oyunda son nöqtəni isə oyunun 87-ci dəqiqəsində Seneqal millisinin əsas qol silahı Sadio Mane qoyub. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Bu qələbə sayəsində Seneqal millisi Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb.

Seneqallılar finalda Misir və Kamerun cütün qalibi ilə qarşılaşacaq.

Turnirin həlledici görüşü fevralın 6-da Kamerunda yerləşən “Ahmadu Axidjo” stadionunda baş tutacaq.

Teqlər: