Afinada tətillə əlaqədar ictimai nəqliyyatın hərəkəti dayanıb

Yunanıstanın paytaxtı Afinada həmkarlar ittifaqlarının 24
saatlıq tətili ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti
dayanıb.

Trend-in
məlumatına görə, paytaxtda bütün metro stansiyaları işini
dayandırıb, tramvay və trolleybuslar xəttə çıxmayıb. Marşrut
avtobusları 30 dəqiqədən 45 dəqiqəyədək intervalla işləyir.

Qeyd olunur ki, həmkarlar ittifaqları yüksək qiymətlərə etiraz
edir və əməkhaqlarının artırılmasını tələb edir.

Eyni zamanda Afina Qəzet Jurnalistləri İttifaqı da əməkhaqqının
artırılması tələbi ilə bu gün dörd saatlıq tətil elan edib.