Afina Ankara ilə bağlı konkret addımlar atmaq istəyir – KİV

Afina Ankara ilə bağlı konkret addımlar atmaq istəyir – KİV

Afina Ankara ilə münasibətlərin yaxşılaşdırılması üçün konkret diplomatik addımlar atmaq istəyir.

AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.

“Yunanıstanın sabiq Baş naziri, Yeni Demokratiya Partiyasının sədri Kiriakos Miçotakis iyunun 25-də keçiriləcək seçkilərin ikinci turunda qalib gəldiyi təqdirdə, qısa müddət ərzində Rəcəb Tayyib Ərdoğanla görməyi planlaşdırır. Hər iki lideri çox böyük ehtimalla NATO zirvəsində bir araya gələ bilər”, – nəşr yazıb.

Bildirilib ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammiti bu görüşə ev sahibliyi edə bilər.

Teqlər: