AFFA-nın icraçı vitse-prezidenti FIFA-nın prezidenti ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İsveçrənin Sürix
şəhərində, FIFA-nın mənzil-qərargahında beynəlxalq futbol
təşkilatının prezidenti Gianni İnfantino ilə görüşüb.

Trend
AFFA-nın saytına istinadla xəbər verir ki, görüş zamanı E.Məmmədov
AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından G.İnfantinoya ötən
il təşkil olunan Avropa çempionatı zamanı Bakıya təşrif buyurması
və “Avro-2020”nin Bakı Olimpiya Stadionunda keçirilən
İsveçrə-Türkiyə oyununu izləməsi ilə əlaqədar bir daha
minnətdarlığını bildirib.

Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında
qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı
müzakirələrin aparıldığı görüşdə son dövrlər ölkəmizdə həyata
keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat
verilib.


E.Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR
sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş
işlər haqqında FIFA prezidentini məlumatlandırıb.

Teqlər: